Bank Of Baku

Azərbaycan hökumətinin «Bahar» və «Qum-Dəniz» yataqlarının işlənməsi üzrə sazişdəki təminatı və öhdəlikləri təsdiqlənib

Azərbaycan hökumətinin «Bahar» və «Qum-Dəniz» yataqlarının işlənməsi üzrə sazişdəki təminatı və öhdəlikləri təsdiqlənib
# 16 fevral 2010 09:57 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Nazirlər Kabineti «Xəzər dənizinin Azərbaycan sektorunda Bahar yatağının və Qum-Dəniz yatağının daxil olduğu blokun kəşfiyyatı, bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında» Sazişin icrası ilə bağlı qərar qəbul edib. Bu barədə «APA-Economics»ə Nazirlər Kabinetindən məlumat verilib.

Qərarla ARDNŞ ilə «Bahar Enerji Ltd.» və ARDNŞ-in Ortaq Neft Şirkəti arasında 2009-cu il 22 dekabr tarixində imzalanmış «Xəzər dənizinin Azərbaycan sektorunda Bahar yatağının və Qum-Dəniz yatağının daxil olduğu blokun kəşfiyyatı, bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında» Sazişin 5-ci əlavəsində qeyd olunmuş «Azərbaycan Respublikası Hökumətinin təminatı və öhdəlikləri» təsdiq edilib.

Qeyd edək ki, 1955-ci ildən istismarda olan “Qum-dəniz” yatağı Bakı buxtası hüdudunda, paytaxtdan 21 kilometr cənub-şərqdə yerləşir. Yataqdan indiyədək 28 mln. 897,1 min ton neft, 26 mlrd. 995,3 mln. kubmetr qaz hasil edilib. Xəzərin Azərbaycan sektorunda, Bakı şəhərindən 40 kilometr cənub-şərqdə yerləşən “Bahar” yatağı isə 1969-cu ildən mənimsəmədədir. İşlənmənin əvvəlindən bu yataqdan 16 mln. 833,6 min ton neft, 128 mlrd. 688 mln. kubmetr qaz hasil olunub. Saziş çərçivəsində ilkin mərhələdə “Bahar” və “Qum-dəniz” yataqlarında 50 quyunun qazılması və mövcud quyuların bərpa olunması nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR