Bank Of Baku

Osloda Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü üzrə Beynəlxalq İdarə Heyətinin 11-ci iclası keçirilib

Osloda Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü üzrə Beynəlxalq İdarə Heyətinin 11-ci iclası keçirilib
# 16 fevral 2010 11:20 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Fevralın 9 və 10-da Norveçin paytaxtı Oslo şəhərində Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə Beynəlxalq İdarə Heyətinin 11-ci iclası keçirilib. Bu barədə «APA-Economics»ə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə Azərbaycanı İdarə Heyətində təmsil edən MHŞT üzrə hökumət Komissiyasının sədri, ARDNF-nin icraçı direktoru Şahmar Mövsümov təmsil edib.

İclasda MHŞT üzrə Beynəlxalq İdarə Heyəti tərəfindən iki ölkəyə - İraq və Əfqanıstana namizəd statusu verilib. Norveçin MHŞT-yə dair ilk hesabatı barədə iclas iştirakçıları məlumatlandırılıb. İclasda MHŞT-nin tətbiqinə dair digər məsələlər də müzakirə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR