Bank Of Baku

Elektrik enerjisinin ötürülməsində texniki itkilərin azaldılması üçün Tədbirlər Planı hazırlanıb

Elektrik enerjisinin ötürülməsində texniki itkilərin azaldılması üçün Tədbirlər Planı hazırlanıb
# 16 fevral 2010 12:33 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. «Azərenerji» ASC 2010-cu ildə buraxılan hər 1 kVt/saat elektrik enerjisinə sərf olunan yanacağın xüsusi sərfinin, elektrik enerjisinin ötürülməsi və paylanmasında texniki itkilərin azaldılması məqsədilə müvafiq tədbirlərin icrasına başlayıb.

Bu barədə «APA-Economics»ə «Azərenerji» ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Cari ilin təsdiqlənmiş Tədbirlər Planında «Azərbaycan İES»in 5 enerji blokunun yenidən qurulması, 5-ci enerji blokunda əsaslı təmirin aparılması, blokun idarəetmə və nəzarət sisteminin yenidən qurulması və s. zəruri işlərin görülməsi nəzərdə tutulub. Bu il həmçinin “Şirvan” İES-in 1-ci enerji blokunda əsaslı, 2-si və 5-ci enerji bloklarında orta təmir aparılması, eləcə də digər tədbirlərin həyata keçirilməsi planlaşdırılıb.

“Şimal” ES-in 400 MVt-lik enerji blokunda növbəti “A” təftişi ilə təmirin keçirilməsi, həmçinin qəbul olunan təbii qazın keyfiyyət göstəricilərinin yaxşılaşdırılması üçün axım xromatoqrafın sazlanması və istismarının təmin edilməsi və 2010-cu ilin tədbirlər planına daxil edilib. Bununla yanaşı, “Bakı” İEM-in 1 və 2 nömrəli qaz-turbin qurğularında da “A” təftişi ilə təmir işlərinin aparılması və 16 saylı buxar qazanında cari təmirin keçirilməsi də daxil olmaqla digər enerji istehsalı müəssisələrində də texniki-iqtisadi göstəricilərin səviyyəsinin yüksəldilməsi məqsədilə bu il bir sıra tədbirlər həyata keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR