Bank Of Baku

Azərbaycan Dövlət Neft Fondunun başçısı ABŞ Konqresi Aparatının nümayəndələrini qəbul edib

Azərbaycan Dövlət Neft Fondunun başçısı ABŞ Konqresi Aparatının nümayəndələrini qəbul edib
# 16 fevral 2010 14:05 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov Bakıda səfərdə olan ABŞ Konqresi Aparatının nümayəndələrini qəbul edib. Bu barədə «APA-Economics»ə ARDNF-dan məlumat verilib.

ARDNF-in fəaliyyəti, Fondun vəsaitlərinin idarə edilməsi, Suveren Fondlar, Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqi prosesində ARDNF-nin aparıcı rolu barədə nümayəndə heyətinə məlumat verilib. Görüş zamanı Dövlət Neft Fondu tərəfindən maliyyələşdirilən layihələrin inkişaf üçün əhəmiyyəti vurğulanıb.

Görüşün sonunda Ş.Mövsümov ARDNF-in fəaliyyətinə dair qonaqları maraqlandıran sualları cavablandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR