Bank Of Baku

“Azəriqaz”da “qaynar xətt” yaradılıb

“Azəriqaz”da “qaynar xətt” yaradılıb
# 16 fevral 2010 19:57 (UTC +04:00)
Bu barədə “APA-Economics”ə ARDNŞ-dən məlumat verilib.

Şirkətdən bildirilib ki, vətəndaşlar ölkənin qaz təchizatı sistemi ilə bağlı yaranmış problem, təklif və suallarla sutka ərzində istənilən vaxt 185 nömrəsinə zəng edə bilərlər.

Qazdan istifadə qaydalarının pozulması, onları doğuran səbəblərin aradan qaldırılması, istehlakçılar arasında mənzillərdə və digər obyektlərdə təbii qazdan düzgün istifadə edilməsi qaydaları, eləcədə qaz təsərrüfatında yaranmış problemlərlə bağlı abonentləri maraqlandıran sualların da qaynar xətt vasitəsilə cavablandırılması nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR