Bank Of Baku

«Ulyanovsksement» Azərbaycana sement idxalına başlayıb

«Ulyanovsksement» Azərbaycana sement idxalına başlayıb
# 17 fevral 2010 06:40 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Rusiyanın «Avrosement» şirktələr qrupuna daxil olan «Ulyanovsksement» ASC Azərbaycana sement idxal etməyə başlayıb.

«APA-Economics»in ASC-nin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, «Ulyanovsksement»in Azərbaycana göndərdiyi sement yerli «Vostok-ESS» şirkəti üçün nəzərdə tutulub. Tərəflər arasında imzalanmış müqaviləyə əsasən, yaxın üç ay ərzində Azərbaycana 16,2 min ton 500 markalı portland sementi idxal olunacaq. Növbəti aylar ərzində də idxal davam etdirilə bilər.

Qeyd edək ki, «Ulyanovsksement» sözügedən markalı sementin istehsalını 2009-cu ilin dekabr ayında bərpa edib və bu sementə olan tələbat onun yüksək keyfiyyətli olduğunu göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR