Bank Of Baku

Sumqayıtda yeni qaz xətləri çəkilir

Sumqayıtda yeni qaz xətləri çəkilir
# 17 fevral 2010 08:10 (UTC +04:00)
Sumqayıt - APA-Economics. Cari ilin fevral ayından etibarən Sumqayıt şəhərində Corat qəsəbəsinin, eyni zamanda şəhərin Çerkassı küçəsinin təbii qazla tam təmin edilməsi məqsədilə yeni qaz xətləri çəkilir. Bu barədə “APA-Economics”ə Sumqayıt şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Məlumata görə, şəhərin Çerkassı küçəsindən başlayaraq 18, 20 və 21-ci mikrorayonlarına qədər ərazini əhatə edəcək yeni qaz xəttinin uzunluğu 3500 p/m, Corat qəsəbəsinin 1 və 2-ci məhəllələrini əhatə edəcək yeni qaz xəttinin uzunluğu isə 3000 p/m olacaq.

Yeni qaz xətlərinin çəkilişi “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində “Azəriqaz” İstehsalat Birliyi tərəfindən həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR