Bank Of Baku

Son 30 ildə ilk dəfə ABŞ-da AES tikintisi üçün vəsait ayrılıb

Son 30 ildə ilk dəfə ABŞ-da AES tikintisi üçün vəsait ayrılıb
# 17 fevral 2010 08:40 (UTC +04:00)
Bakı – APA-Economics. Prezident Barak Obama ABŞ-da son 30 ildə ilk dəfə olaraq tikiləcək Atom Elektrik Stansiyasının (AES) iki enerji blokunun tikintisi üçün 8 mlrd. dollar ayrılmasına qərar verib.

APA-Economics”in “Associated Press”ə istinadən məlumatına görə, AES Corciya ştatının Berk qraflığında tikiləcək.

Obama bildirib ki, AES-in tikintisi onun administrasiyasının “təhlükəsiz və təmiz” enerji effektli texnologiyaların inkişafı üzrə genişmiqyaslı kampaniyasının başlanğıcı olacaq. Bununla da ABŞ enerji sisteminin xaricdən idxal olunan karbohidrogen yanacağından asılılığı azalacaq. bu, həm də Barak Obamanın atmosferə atılan zərərli tullantıların azaldılması strategiyasının tərkib hissəsidir.

ABŞ prezidentinin fikrincə, Corciyada AES-in tikintisi minlərlə insanın işlə təmin olunmasına, həmçinin 800 daimi iş yerinin yaradılmasına imkan verəcək.

Qeyd edək ki, ABŞ-da AES-lərin tikintisi 1980-ci illərdə dayandırılıb. Buna enerji bloklarının tikintisi üçün xərclərin getdikcə artması, nüvə qurğularının təhlükəsizliyi ilə bağlı ictimaiyyətin artan narahatlığı və ekoloqların etirazı səbəb olub. Hazırda ABŞ-ın 65 AES-ində 104 kommersiya atom reaktoru fəaliyyətdədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR