Bank Of Baku

Azərbaycanda sənaye istehsalı yanvarda 13,5% artıb

Azərbaycanda sənaye istehsalı yanvarda 13,5% artıb
# 17 fevral 2010 12:28 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Econoimcs. Bu ilin yanvar ayında Azərbaycanda sənaye müəssisələri, fərdi sahibkarlar və ev təsərrüfatları tərəfindən 2,543 mlrd. manatlıq, yaxud 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə 13,5% çox sənaye məhsulu istehsal edilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ilk ayda bir çox sənaye məhsullarının istehsalı artıb, o cümlədən əsas sənaye məhsulları olan xam neftin həcmi 17,6% artaraq 4,3 mln. ton, əmtəəlik təbii qaz hasilatı isə 1,5 mlrd. kubmetr olub.

Sənaye məhsulunun 4/5 hissəsi özəl bölmənin payına düşüb, ümumi istehsalın 93,5%-i sənaye mallarının (əmtəələrin), 6,5%-i isə sənaye xarakterli xidmətlərin istehsalı hesabına yaranıb.

Sənaye məhsulunun 75,9%-i mədənçıxarma bölməsində, 17,8%-i emal bölməsində, 5,9%-i elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizatı bölməsində, 0,4%-i isə su təchizatı, çirkli suların və tullantıların təmizlənməsi bölməsində istehsal olunub.

Bununla yanaşı, 2010-cu ilin yanvar ayında sənaye müəssisələrinin anbarlarında 303 mln. manatlıq hazır məhsul ehtiyatı olub və 2009-cu ilin dekabr ayı ilə müqayisədə 71,9 mln. manat artıb. Ehtiyatların daha çox hissəsi ölkənin iri şəhərlərinin – 78,5%-i Bakı, 6,4%-i Sumqayıt, 1,5%-i Gəncə, 1%-i Şirvan və 0,6%-i Mingəçevir şəhərlərinin, qalan hissəsi isə digər rayonların sənaye müəssisələrinin anbarlarında qalıb. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 20,2 mln. manat məbləğində digər mallar da olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR