Bank Of Baku

Moskvada III Xəzər Enerji Forumu keçiriləcək

Moskvada III Xəzər Enerji Forumu keçiriləcək
# 17 fevral 2010 13:38 (UTC +04:00)
Bakı – APA-Economics. Bu il martın 23-də Moskvada Beynəlxalq Ticarət Mərkəzində III Xəzər Enerji Forumu (XEF) keçiriləcək.

APA-Economics”in tədbirin təşkilat komitəsinə istinadən məlumatına görə, forum Rusiya Xarici İşlər Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Ticarət-Sənaye Palatası və Rusiya Elmlər Akademiyası tərəfindən dəstəklənəcək.

“XEF-2010”-un keçirilməsində əsas məqsəd energetika sahəsində Xəzər dənizinin birləşdirici faktorundan səmərəli istifadə olunmasıdır. Bu səbəbdən forumda enerji dialoqunun inkişafı, birgə elmi-tədqiqat proqramlarının hazırlanıb həyata keçirilməsi, enerji resurslarının mənimsənilməsində əməkdaşlıq və tərəfdaşlığın genişləndirilməsi, neft və qaz nəqletmə infrastrukturunun tikintisi və modernləşdirilməsi və s. məsələlərə xüsusi diqqət ayrılacaq.

Forumda mütəxəssis və ekspertlər üçün işgüzar görüşlər, stend məruzələri və prezentasiyalar təşkil olunacaq. Danışıqların yekunu olaraq niyyət sazişləri imzalanacaq.

Forumda iştirak etmək istəyənlər martın 20-nə qədər +7495 4803203/0502/0157 saylı telefonla və ya [email protected] elektron poçt vasitəsilə qeydiyyatdan keçə bilərlər. “XEF-2010”-un rəsmi saytı isə belədir: www.ros-con.ru.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR