Bank Of Baku

Azərbaycanın Gədəbəy rayonundakı qızıl yataqlarında ekoloji ekspertiza keçiriləcək

Azərbaycanın Gədəbəy rayonundakı qızıl yataqlarında ekoloji ekspertiza keçiriləcək
# 17 fevral 2010 13:41 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycanın Gədəbəy rayonundakı qızıl yataqlarının ətraf mühiti çirkləndirməsini müəyyən etmək üçün ekspertiza keçiriləcək. Bu barədə APA-ya Milli Məclisin üzvü Nazim Məmmədov məlumat verib.

Millət vəkili bu gün Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkətinin (ABMƏŞ) prezidenti Rza Vəziri ilə görüşdüyünü və bu məsələni müzakirə etdiyini deyib. Onun sözlərinə görə, görüşdə R.Vəziriyə Gədəbəydəki qızıl yataqlarının ətraf mühiti çirkləndirməsi, zəhərli maddələrin çaylara axıdılması və əhalinin bundan narahatlığı çatdırılıb.

N.Məmmədov deyib ki, görüşdə vəziyyətin yerində araşdırılması üçün ekspertiza təyin edilməsi və qrupun tərkibinə mətbuat nümayəndələrinin də daxil edilməsi barədə razılığa gəlinib.

Qeyd edək ki, “Gədəbəy” yatağında qızıl istehsalına 2009-cu ilin iyul ayında başlanıb. Bu günədək oradan 14 848 unsiya qızıl istehsal edilib. Aylıq hasilat 2 863 unsiyadan 3 483 unsiyaya çatdırılıb.

Xatırladaq ki, ABMƏŞ Hasilatın Pay Bölgüsü Sazişində iştirak edir. Mineral ehtiyatların istismarına dair bağlanmış 30 illik bu müqavilədə Azərbaycan hökumətinin iştirak payı 51%, Böyük Britaniyanın «Anglo Asian Mining Plc.» şirkətinin payı isə 49% təşkil edir. Şirkətə müqavilə əsasında 6 sahə verilib. Bu sahələrdən 1-i Naxçıvan MR-də, 1-i Tovuzda, 1-i Gədəbəydə, 3-ü isə işğal altında olan ərazilərdədir (Kəlbəcərdəki «Söyüdlü» (Zod), Ağdərədəki «Qızılbulaq» və Zəngilandakı «Vəcnəli» yataqları). Sazişin göstəricilərinə görə, bu yataqlardan təxminən 400 ton qızıl, 2500 ton gümüş və 1,5 mln. ton mis hasil etmək nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR