Bank Of Baku

«Moody’s» agentliyi Azərbaycan Dövlət Neft Şirkətinin reytinqini «Ba1» səviyyəsində təsdiq edib

«Moody’s» agentliyi Azərbaycan Dövlət Neft Şirkətinin reytinqini «Ba1» səviyyəsində təsdiq edib
# 17 fevral 2010 14:55 (UTC +04:00)
Bakı – APA-Economics. «Moody’s» beynəlxalq reytinq agentliyi Azərbaycant Dövlət Neft Şirkətinə (ARDNŞ) korporativ işçi şəffaflığı (CFR) və defolt ehtimalı (PDR) üzrə «Ba1» reytinq dərəcəsini təqdim edib.

«ARDNŞ bütün istiqamətlərdəki əməliyyatları özündə ehtiva edən neft və qaz istehsalçısıdır, eyni zamanda Azərbaycan iqtisadiyyatının özülüdür. Azərbaycanın daxili bazarına neft və qaz məhsulları təminatında inhisarçı mövqeyinə malik olan Şirkət ölkə ərazisindəki bütün layihələrdə dövlətin rəsmi təmsilçisidir», - deyə agentliyin hazırladığı hesabatda bildirilir.

ARDNŞ 18 struktur vahiddən ibarətdir və təxminən 50 əməliyyat şirkəti ilə birgə fəaliyyət göstərir, həmçinin Azərbaycanda yeni neft və qaz layihələrinin icrası ilə bağlı yaradılan bütün konsorsiumların iştirakçısıdır.

ARDNŞ-in 100% dövlətə məxsus bir şirkət olduğunu nəzərə alaraq, «Moody’s» agentliyi şirkətin CFR-ni qarşılıqlı defolt analizi (JDA) və dövlətə aid emitentlərlə bağlı metodologiyanı tətbiq etməklə təyin edib. Aşağıdakı amillərin kombinasiyası ARDNŞ-in Ba1 dərəcəsini əks etdirir:
A bazalı kredit qiymətləndirilməsi – şirkətin heç bir dövlət yardımı olmadan fundamental kredit gücünü ölçür – 13 (1-dən 21-dək olan sıralamada BCA 13 Ba3 reytinqinə bərabərdir);
Ba1 dərəcəli Azərbaycanın yerli valyuta reytinqi - yüksək asılılıq;
Yüksək yardım - yüksək hökumət yardımı anlayışı «Moody’s»in mümkünlük ehtimalını (Azərbaycan hökuməti ARDNŞ-ə bilavasitə və ya bilvasitə maliyyə yardımı göstərmək istəyə və bunun iqtidarında ola bilər və eyni zamanda maliyyə öhdəliklərinin yerinə yetirilməməyinin qarşısını almağa da ixtiyarı var) əks etdirir;
Yüksək asılılıq - Azərbaycan iqtisadiyyatı yüksək dərəcədə neft və neftdən gələn gəlirlərdən asılıdır. Nəticə etibarı ilə həm dövlət, həm də şirkət oxşar gəlir mənbələrinə arxalanır, habelə oxşar risk faktorlarına ehtiyatla yanaşır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR