Bank Of Baku

Bu ilin yanvar ayında Azərbaycanın magistral neft kəmərləri ilə neft nəqli artıb

Bu ilin yanvar ayında Azərbaycanın magistral neft kəmərləri ilə neft nəqli artıb
# 18 fevral 2010 09:11 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin yanvar ayında Azərbaycanın magistral neft kəmərləri ilə neft nəqli artıb. Bu barədə «APA-Economics»ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Yanvar ayında magistral kəmərlərlə 4 mln. ton neft nəql edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,1% çoxdur.

Nəqletmənin dörddə üç hissəsi - 3 mln. tonu ölkənin əsas nəqliyyat infrastrukturlarından olan Bakı-Tiflis-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib. Yanvar ayında BTC ilə nəql olunmuş neftin həcmi 11,1% artıb.

Xatırladaq ki, Azərbaycan nefti hazırda 3 kəmər - BTC, Bakı-Novorossiysk və Bakı-Supsa kəmərləri ilə nəql olunur.

Qeyd edək ki, BTC kəməri 2006-cı ilin iyul ayında istifadəyə verilib. Kəmərin uzunluğu 1 768 km (onun 443 km Azərbaycan, 248 km Gürcüstan, 1 077 km isə Türkiyə ərazisindən keçir), illik nəqletmə gücü isə 50 mln. ton təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR