Bank Of Baku

Azərbaycanda İPİ indeksi azalıb

Azərbaycanda İPİ indeksi azalıb
# 18 fevral 2010 09:38 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanda sənaye istehsalının indeksi (industrial production index – İPİ) 2010-cu ilin yanvar ayında 106% təşkil edib.

Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən “APA-Economics”in hesabladığı bu indeks ötən ilin dekabr noyabr ayında 110,1%-ə, noyabrda isə 107%-ə bərabər olub.

İPİ hesabat ayında istehsal olunmuş sənaye məhsulu və xidmətlərinin pul ifadəsində həcminin əvvəlki ayın eyni göstəricisinə faizlə ifadə olunan nisbətdir. Belə ki, indeks yanvar ayında istehsal edilmiş məhsulun dəyəri (2,543 mlrd. manat) noyabr ayında istehsal edilmiş məhsulun dəyərinə (2,4 mlrd. manat) bölünməklə hesablanıb.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2010-cu ilin yanvarında ölkə sənayesində əvvəlki ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 13,5%-lik artım müşahidə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR