Bank Of Baku

Azərbaycanın magistral qaz kəmərləri ilə nəql etdiyi təbii qazın həcmi artıb

Azərbaycanın magistral qaz kəmərləri ilə nəql etdiyi təbii qazın həcmi artıb
# 18 fevral 2010 10:30 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Cari ilin yanvar ayında Azərbaycanın magistral qaz kəmərləri ilə nəql etdiyi təbii qazın həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə artıb. Bu barədə «APA-Economics»ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Yanvar ayında magistral qaz kəmərləri vasitəsilə 1,7 mlrd. kubmetr və ya 2009-cu ilin eyni ayı ilə müqayisədə 10,5% çox qaz nəql edilib.

Nəql edilmiş qazın 27,1%-i Bakı-Tiflis-Ərzurum (Cənubi Qafqaz) boru kəməri vasitəsilə həyata keçirilib. Bu kəmər vasitəsilə 466,4 mln. kub-metr qaz ötürülüb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,3% azdır.

Qeyd edək ki, Azərbaycan hazırda İran, Rusiya, Türkiyə və Gürcüstana qaz nəql edir. Rusiya və İrana təbii qazın ixracı yanvar ayında başlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR