Bank Of Baku

Rumıniya, Azərbaycan və Gürcüstan arasında üçtərəfli saziş imzalanacaq

Rumıniya, Azərbaycan və Gürcüstan arasında üçtərəfli saziş imzalanacaq
# 18 fevral 2010 13:39 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Mart ayında Buxarestdə Rumıniya, Azərbaycan və Gürcüstan arasında sıxılmış təbii qazın işlənməsi üzrə iki terminalın tikintisi üzrə saziş imzalanacaq. APA-nın xəbərinə görə, bu barədə Rumıniyanın iqtisadiyyat naziri Tudor Serban açıqlama verib. O, layihənin çox vacib olduğunu bildirib: “Martda üç ölkənin iqtisadiyyat və enerji nazirləri Buxarestdə üçtərəfli saziş imzalayacaq. Bu sənəd ölkələrin iki terminalın tikintisi üzrə gələcək əməkdaşlığını təmin edəcək”.

Qeyd edək ki, layihənin 4-6 milyard avro dəyərində olduğu bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR