Bank Of Baku

Tiflisdə “SOCAR-Georgia Petrolium”un yeni yanacaqdoldurma məntəqəsi açılıb

Tiflisdə “SOCAR-Georgia Petrolium”un yeni yanacaqdoldurma məntəqəsi açılıb
# 18 fevral 2010 15:01 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Bu gün Tiflis şəhərinin (Gürcüstan) David Quramişvili prospektində “SOCAR-Georgia Petrolium”un xətti ilə sayca 30-cu yeni yanacaqdoldurma məntəqəsi istifadəyə verilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, məntəqənin açılışında “SOCAR-Georgia Petrolium” şirkətinin direktoru David Zubitaşvili, maliyyə direktoru Rövşən Məmmədov, ARDNŞ-nin Gürcüstan nümayəndəliyinin əməkdaşları və jurnalistlər iştirak ediblər.

David Zubitaşvili jurnalistlərə açıqlamasında bildirib ki, bu yanacaqdoldurma məntəqəsi yeni ildə istifadəyə verilən ilk obyektdir: “İlin axırınadək 30-dan çox yanacaqdoldurma məntəqəsi açmağı planlaşdırmışıq. Bunun üçün 20 milyon dollara yaxın vəsait ayrılıb. Bu il yaxşı start götürmüşük. Sabah daha iki məntəqə istifadəyə verəcəyik. 2010-cu ilin sonuna kimi Gürcüstanda bizim 60 yanacaqdoldurma obyektimiz olacaq. Bu gün açılışını həyata keçirdiyimiz yüksək infrastrukturlu yanacaqdoldurma məntəqəsinə yeni tikili də əlavə etmişik. Burada yanacaq dolduran minik avtomobilləri birbaşa məntəqədə açdığımız maşınyuma qurğusu ilə yuyulacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR