Bank Of Baku

Fevralın 19-da Ucar rayonunun qaz təchizatı dayandırılacaq

Fevralın 19-da Ucar rayonunun qaz təchizatı dayandırılacaq
# 18 fevral 2010 15:15 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Sabah Azərbaycanın Ucar rayonunun təbii qazla təchizatında məhdudiyyət olacaq. Bu barədə «APA-Economics»ə ARDNŞ-dən məlumat verilib.

ARDNŞ-dən verilən məlumata görə, məhdudiyyət diametri 1020 mm olan “Qazıməmməd-Qazax” magistral qaz kəmərinin 172-195-ci kilometrliyində baş vermiş sızmanın aradan qaldırılması ilə əlaqədardır. Təmir işləri ilə əlaqədar olaraq fevralın 19-da saat 11:00-dan 17:00-dək Ucar rayonunun qaz təchizatı dayandırılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR