Bank Of Baku

ARDNŞ prezidenti Polşanın Milli Təhlükəsizlik Bürosunun rəhbərilə görüşüb

ARDNŞ prezidenti Polşanın Milli Təhlükəsizlik Bürosunun rəhbərilə görüşüb
# 18 fevral 2010 19:53 (UTC +04:00)
Bakı-APA. Fevralın 18-də ARDNŞ prezidenti Rövnəq Abdullayev Polşanın Milli Təhlükəsizlik Bürosunun rəhbəri Aleksandr Sçiqlonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüş zamanı ARDNŞ prezidenti Azərbaycanla Polşa arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini və bunun enerji sektorunda tərəfdaşlıq üçün böyük imkanlar yaratdığını qeyd edib. Azərbaycanda həyata keçirilən regional əhəmiyyətli neft-qaz layihələrindən və ARDNŞ-nin Azərbaycan dövlətini təmsil edən bir şirkət olaraq bu layihələrdə oynadığı aparıcı roldan danışan R. Abdullayev qısa müddətdə ölkəmizdə şaxələndirilmiş ixrac boru kəmərləri sisteminin yaradılmasını xüsusilə vurğulayıb. O, Polşa nümayəndə heyətinə ARDNŞ-nin Azərbaycanda və ölkəmizin hüdudlarından kənarda həyata keçirdiyi layihələr haqqında ətraflı məlumat verib. Rövnəq Abdullayev başçılıq etdiyi Şirkətin beynəlxalq əlaqələrindən geniş söz açaraq qeyd edib ki, ARDNŞ Avropa Birliyi ölkələrinin tanınmış şirkətləri ilə yanaşı, Polşanın “Lotos”, “Orlen” və digər şirkətləri ilə də əməkdaşlıq edir.

Öz növbəsində Polşanın Milli Təhlükəsizlik Bürosunun rəhbəri Aleksandr Sçiqlo ölkələrimiz arasında mövcud dostluq əlaqələrinin regional əməkdaşlıq baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edərək Azərbaycanda son illər enerji sektorunda böyük uğurlar əldə olunduğunu və ölkəmizin Avropanın enerji təhlükəsizliyi prosesində fəal iştirakını məmnunluqla müşahidə etdiklərini bildirib. ARDNŞ-nin son illərdə böyük beynəlxalq nüfuz qazandığını nəzərə çatdıran Polşanın Milli Təhlükəsizlik Bürosunun rəhbəri Aleksandr Sçiqlo Odessa-Brodı-Plotsk-Qdansk neft kəməri layihəsinin icraçısı olan “SARMATİA” beynəlxalq müəssisəsinin əsas iştirakçılarından biri kimi Dövlət Neft Şirkətinin fəaliyyətini yüksək qiymətləndirib. Tərəflər onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR