Bank Of Baku

Azərbaycanda işıq pulunun yığım səviyyəsi yanvarda 75% olub

Azərbaycanda işıq pulunun yığım səviyyəsi yanvarda 75% olub
# 19 fevral 2010 07:12 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanda 2010-cu ilin yanvar ayında elektrik enerjisi üzrə yığım göstəricisi 74,8% təşkil edib. Bu barədə «APA-Economics»ə Nazirlər Kabinetindən məlumat verilib.

Yığım səviyyəsinin ən yüksək olduğu şəhər və rayonlar Şirvan (98%), Zərdab (96,8%), Qazax (86%), ən aşağı olduğu ərazilər isə Sabirabad (37,9%), Ağdam (39%) və Saatlı (41,1%) rayonlarıdır.

Yanvar ayında Bakı şəhəri üzrə yığım 73,8% təşkil edib. Paytaxtın rayonları arasında yığım səviyyəsinə görə ilk yeri 84,8%-lə Nizami, ən sonuncu yeri isə 63,2%-lə Sabunçu rayonu tutub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR