Bank Of Baku

Azərbaycanın mədənçıxarma sahəsində istehsalın həcmi yanvarda 17% artıb

Azərbaycanın mədənçıxarma sahəsində istehsalın həcmi yanvarda 17% artıb
# 19 fevral 2010 07:24 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar ayı ərzində Azərbaycanda sənayenin mədənçıxarma sahəsində istehsalın həcmi 1,9 mlrd. manat təşkil edib ki, ötən ilin eyni ayı ilə müqayisədə bu göstərici 16,7% artıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, 2010-cu ilin yanvar ayında Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) tərəfindən 3,5 mln. ton neft və ya 21,5% çox, 946,7 mln. kubmetr və ya 5,3% az əmtəəlik təbii qaz hasil edilib. Eyni zamanda, bu sahədə fəaliyyət göstərən müştərək müəssisələr xam neft hasilatını 9,3% artırıb.

Hasilatına ötən il başlanmış qızılın hasilatı isə bu ilin əvvəlində də davam etdirilib və cari ilin yanvar ayı ərzində mədənlərdən 98 kq qızıl hasil edilərək təmizlənməyə göndərilib. Mədənçıxarma bölməsində fəaliyyət göstərən sahibkarlar tərəfindən hesabat ayı ərzində 8,2 min ton çınqıl, qırma daş, xırda çay daşı, 2,1 min ton tikinti qumu, 2,2 min ton inşaat üçün əhəng daşı və s. istehsal edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR