Bank Of Baku

Azərbaycanda qaz pulunun yığım göstəricisi yanvarda 44% olub

Azərbaycanda qaz pulunun yığım göstəricisi yanvarda 44% olub
# 19 fevral 2010 07:26 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanda 2010-cu ilin yanvar ayında təbii qaz haqqının yığım göstəricisi 43,6% təşkil edib. Bu barədə «APA-Economics»ə Nazirlər Kabinetindən məlumat verilib.

Təbii qazın haqqının yığım səviyyəsinə görə bölgələrə 85,9%-lik göstərici ilə İmişli rayonu başçılıq edib. Yığım səviyyəsinə görə sonrakı iki yerdə 80,4%-lə Gədəbəy, 78,1%-lə Saatlı rayonu qərarlaşıb. Yığım səviyyəsinə görə ən zəif göstəricilər Lerik (5,8%), Sumqayıt şəhəri (14,3%) və Neftçala (17,7%) rayonunda qeydə alınıb.

Yanvar ayında Bakı şəhəri üzrə ümumi yığım faizi 41,7% təşkil edib. Paytaxtın rayonları arasında yığım göstəricilərinə görə ilk yeri Əzizbəyov (63%), son yeri isə Nizami (23,1%) rayonu tutub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR