Bank Of Baku

Azərbaycanın emal sənayesində istehsalın həcmi yanvarda 0,5% artıb

Azərbaycanın emal sənayesində istehsalın həcmi yanvarda 0,5% artıb
# 19 fevral 2010 07:45 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar ayında Azərbaycan sənayesində ikinci böyük xüsusi çəkiyə malik olan emal bölməsinin müəssisələri və fərdi sahibkarları (ev təsərrüfatlarının sənaye istehsalı da nəzərə alınmaqla) tərəfindən 452,6 mln. manatlıq məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, bu sahədə istehsalın həcmi 0,5% artmaqla, daha çox hissəsi – qida məhsullarının istehsalının payına düşüb. Qida məhsullarından makaron məmulatları istehsalı 40,3% artaraq 386,2 ton, marqarin 36,8% artaraq 2 min ton, ət 3,9% artaraq 13,8 min ton, süd 3% artaraq 53 min ton, kərə yağı 0,9% artaraq 1,2 min ton, duru bitki yağları 9,3% artaraq 3,3 min ton, cem və marmeladlar isə 10,8% artaraq 0,6 min ton olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR