Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti bu il 150 min ağac əkməyi planlaşdırır

Azərbaycan Dövlət Neft Şirkəti bu il 150 min ağac əkməyi planlaşdırır
# 19 fevral 2010 07:52 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) 2010-cu ildə yaşıllaşdırma tədbirləri çərçivəsində 150 min ağac, 16 min gül tingi əkməyi planlaşdırır. «APA-Economics»in məlumatına görə, bunu fevralın 18-də Azərbaycan prezidentinin iştirakı ilə ekoloji məsələlərə həsr olunmuş iclasda ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib.

R.Abdullayev qeyd edib ki, ötən üç il ərzində neft mədənlərinin təmizlənmiş ərazilərində 120 mindən çox ağac əkilib və onlara mütəmadi olaraq aqrotexniki qulluq göstərilir.

Şirkət rəhbəri Bibiheybət, Balaxanı, Siyəzən, Kürovdağ, Qarabağlı və digər yataqlarda təxminən 300 hektara yaxın çirklənmiş torpaq sahəsinin təmizləndiyini və həmin sahələrin abadlaşdırıldığını vurğulayıb. R.Abdullayev təkcə Bibiheybətdə təmizlənmiş ərazidə 80 minə yaxın ağac əkildiyini və hazırda orada Neft Muzeyinin və təhsil kompleksinin tikintisinə hazırlıq görüldüyünü bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR