Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti bu il dəniz və qurudakı mədən sahələrindən 82 min ton tullantı təmizləməyi planlaşdırır

Azərbaycan Dövlət Neft Şirkəti bu il dəniz və qurudakı mədən sahələrindən 82 min ton tullantı təmizləməyi planlaşdırır
# 19 fevral 2010 08:14 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) ekoloji tədbirlər proqramları çərçivəsində 2010-cu ildə dəniz və qurudakı mədən sahələrindən ümumilikdə 82 min ton metal, taxta və beton tullantılarını təmizləməyi planlaşdırır. «APA-Economics»in məlumatına görə, bunu ARDNŞ-in prezidenti Rövnəq Abdullayev bildirib.

R.Abdullayev qeyd edib ki, dənizdə bu işlərin həyata keçirilməsi üçün Bakı buxtası akvatoriyasına yeni, xüsusi qurğularla təchiz olunmuş ekoloji təyinatlı gəmilər gətiriləcək. Bu gəmilər suyun üzündən neftli təbəqələrin və digər tullantıların yığılması üzrə ixtisaslaşıb.

«Hesablamalara görə, dənizin təkcə Azərbaycan sektorunda belə metal konstruksiyalar 500 min tondan artıqdır. Ötən müddət ərzində Xəzərin Azərbaycan sektoru 32 min ton həcmində metal tullantıdan təmizlənib. Quruda aparılmış analoji tədbirlər nəticəsində isə 42 min ton metal tullantı təhvil verilib», - deyə R.Abdullayev vurğulayıb.

Qeyd edək ki, ARDNŞ dənizdə təmizləmə işlərinə 2007-ci ildə başlayıb. Dənizdəki istismar müddəti başa çatmış estekadaların, boruların sökülməsi, batmış gəmilərin çıxarılması işləri ARDNŞ təsisçisi olduğu «SOCAR-ASM» birgə müəssisəsi tərəfindən həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR