Bank Of Baku

Azərbaycandakı anbarlarda yığılan hazır məhsul ehtiyatının 1/5-i neft emalı müəssisələrinin payına düşür

Azərbaycandakı anbarlarda yığılan hazır məhsul ehtiyatının 1/5-i neft emalı müəssisələrinin payına düşür
# 19 fevral 2010 12:27 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar ayı ərzində Azərbaycanın emal sənayesində ikinci böyük xüsusi çəkiyə malik olan neft məhsullarının istehsalında 4,3% artım müşahidə olunub.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, bu sahədə əsas məhsullardan olan dizel yanacağı istehsalı 2009-cu ilin müvafiq ayı ilə müqayisədə 7,8%, sürtgü yağları 31,3% və neft-kimya sənayesində istifadə üçün benzin 30,4% çox olub. Hesabat ayı ərzində 104,3 min ton avtomobil benzini, 48,8 min ton ağ neft, 221,8 min ton dizel yanacağı istehsal edilib. Neft emalı müəssisələrinin anbarlarında 59,3 mln. manatlıq və ya ölkə sənayesi üzrə olan hazır məhsul ehtiyatının 19,6%-i qədər hazır məhsul olub.

Bununla yanaşı, 2010-cu il fevralın 1-i vəziyyətinə əsas istehlakçılarda 340,9 min ton və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,4% çox mazut yanacağı, 14,9 min ton və ya 2,6% az dizel yanacağı, 16,1 min ton və ya 17,9% az avtomobil benzini, 1,3 min ton və ya 8,3% çox sürtgü yağları, 1,2 min ton və ya 20% çox maye qaz, 7,5 min ton və ya 1,4% çox daş kömür ehtiyatı olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR