Bank Of Baku

Azərbaycanın kimya sənayesində məhsul istehsalı yanvarda 84% artıb

Azərbaycanın kimya sənayesində məhsul istehsalı yanvarda 84% artıb
# 19 fevral 2010 12:58 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar ayında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastmas məmulatlarının istehsalı müəssisələri tərəfindən 22,5 mln. manatlıq məhsul istehsal olunub.

Dövlət Satistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, əvvəlki ilin yanvar ayı ilə müqayisədə məhsul istehsalı kimya sənayesində 84,1%, əczaçılıq məhsullarının istehsalında 7,6% artıb, rezin və plastmas məmulatları istehsalında isə 40,2% azalıb. Əsas kimya məhsullarından azotun, propilenin, polietilenin, izopropil spirtinin istehsalında yüksək artım müşahidə olunub. Lak boya məmulatlarının istehsalında (57,6%), sulfat turşusu (2 dəfə), yod (35,1%), bərk polietilen borular, borucuqlar və qollar (22,1%) istehsalında artım qeydə alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR