Bank Of Baku

Gürcüstanda “Socar Georgia Petrolium”un xətti ilə daha iki yanacaqdoldurma məntəqəsi istifadəyə verilib

Gürcüstanda “Socar Georgia Petrolium”un xətti ilə daha iki yanacaqdoldurma məntəqəsi istifadəyə verilib
# 19 fevral 2010 20:52 (UTC +04:00)
Borjomi-Samtrediya. Nizami Məmmədzadə-APA. Bu gün Gürcüstanın Borjomi şəhərində və Samtrediya rayonunun Dafnari kəndində yeni yanacaqdoldurma məntəqəsinin açılış mərasimi olub.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, hər iki məntəqənin açılışında “Socar Georgia Petrolium”un icraçı direktoru Rövşən Məmmədov, ARDNŞ-in Gürcüstan nümayəndəliyinin rəsmisi Arif Əliyev, digər əməkdaşlar və jurnalistlər iştirak ediblər. Yüksək standartlara cavab verən bu yanacaqdoldurma məntəqələri indiyədək Gürcüstan ərazisində istifadəyə verilən 32-ci yanacaqdoldurma məntəqəsidir.

“Bu son deyil. Bu ilin axırına qədər 30-a yaxın yeni yanacaqdoldurma məntəqəsi tikib istifadəyə verəcəyik. Məqsədimiz Gürcüstan bazarında daha keyfiyyətli neft məhsullarının satışını təşkil etməkdir.” Bu sözlərlə APA-ya açıqlama verən “Socar Georgia Retrolium”un icraçı direktoru Rövşən Məmmədov bildirib ki, tezliklə Gürcüstan ərazisində satış şəbəkəsi genişlənəcək: “60-dan çox yanacaqdoldurma məntəqəsinin səmərəli fəaliyyəti sayəsində biz yanacağın topdan satışını azaltmaq, pərakəndə satışını çoxaltmaq istəyirik. Biz 98 markalı benzini və digər dizel yanacağını indi təəssüflər olsun ki, az miqdarda olsa da xaricdən alırıq.

Amma yaxın zamanlarda bu aldığımız məhsulların istehsalını özümüz həyata keçirəcəyik. Bu zaman alıcının bütün tələbatlarını “Socar Georgiya Petrolium”olaraq özümüz ödəyəcəyik. Çalışırıq ki, hansı regionlarda yanacaqdoldurma məntəqəsi açırıqsa, orada soydaşlarımız çalışsın. Lakin bəzən bu mümkün olmur.

Ona görə də kadr məsələlərində balansı saxlamağa çalışırıq. Gürcülər də azərbaycanlılarla birlikdə yanacaqdoldurma məntəqələrində çalışırlar. Soydaşlarımızın kompakt yaşadığı bölgələrdə, hətta kəndlərdə də müasir standartlara uyğun yanacaqdoldurma obyektlərinin tikintisini çoxaltmaq fikrindəyik. Bu il Marneulinin mərkəzində belə bir məntəqələrin tikilişini tezləşdirəcəyik.

Sadaxlı və Bolnisi istiqamətində yeni obyektlərin tikintisinə start veriləcək. Bundan başqa soydaşlarımız yaşayan Laqodexi istiqamətində də bir yanacaqdoldurma məntəqəsinin alınması barədə danışıqlar gedir. Çalışırıq ki, uğurlarımız daha çox olsun.”
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR