Bank Of Baku

Azərbaycanın yüngül sənaye müəssisələrində hazır məhsul ehtiyatı 40% azalıb

Azərbaycanın yüngül sənaye müəssisələrində hazır məhsul ehtiyatı 40% azalıb
# 20 fevral 2010 07:18 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin fevral ayının 1-i vəziyyətinə Azərbaycanın toxuculuq, geyim, dəri, dəridən məmulatlar və ayaqqabı istehsalı ilə məşğul olan müəssisələrinin anbarlarında məhsul ehtiyatı 39% azalıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, bu ilin yanvar ayında toxuculuq, geyim, dəri, dəridən məmulatlar və ayaqqabı istehsalı ilə məşğul olan müəssisələr tərəfindən 6,1 mln. manatlıq məhsul, o cümlədən 1,4 min ton pambıq lifi, 110,9 ton pambıq iplik, 100 kv. metr xalça və xalça məmulatları, 24 min cüt corab məmulatları, 21,9 min ədəd kişi və oğlanlar üçün kostyumlar və s. məhsullar istehsal edilib.

Bununla yanaşı, 2010-cu ilin fevralın 1-i vəziyyətinə bu sahələrin müəssisələrinin anbarlarında 19 mln. manatlıq və ya ölkə sənayesi üzrə olan hazır məhsul ehtiyatının 6,3%-i qədər hazır məhsul olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR