Bank Of Baku

Gürcüstan hökuməti Azərbaycan Dövlət Neft Şirkətinə güzəştlər təqdim edib

Gürcüstan hökuməti Azərbaycan Dövlət Neft Şirkətinə güzəştlər təqdim edib
# 20 fevral 2010 08:16 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Gürcüstan Maliyyə Nazirliyi Gəlirlər Xidmətinin müvafiq əmrinə əsasən, «SOCAR Georgia Petrolium» şirkəti «Ticari-gömrük əməkdaşlığı iştirakçısı» statusu alıb.

Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) «APA-Economics»ə verilən məlumata görə, bu, Gürcüstan dövləti tərəfindən büdcəyə ən çox vergi ödəyən şirkətlərə yaradılmış güzəştli statusdur. Yeni status imkan verir ki, «SOCAR-Georgia Petrolium» şirkəti gömrük rüsumu ödəmədən neft məhsullarının Gürcüstana daşınmasını həyata keçirsin və bir ay müddətində bu rüsumu ödəsin. Digər tərəfdən bu status Gürcüstanda qüvvədə olan «ASYCUDA» avtomatlaşdırılmış gömrük sistemi göstəriciləri ilə təminat sahəsində bir sıra üstünlüklər qazandıracaq. Bu, şirkətin istehlakçılarla münasibətlərini birbaşa qurmasına imkan verəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR