Bank Of Baku

Yanvarda elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat bölməsinin xüsusi çəkisi 6%-ə çatıb

Yanvarda elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat bölməsinin xüsusi çəkisi 6%-ə çatıb
# 22 fevral 2010 06:42 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar ayı ərzində Azərbaycanın sənaye sahəsində elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat bölməsinin xüsusi çəkisi 5,9% təşkil edib.

Dövlət Satistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, elektrik enerjisi istehsalının azalması səbəbindən sahə üzrə sənaye məhsulunun və göstərilmiş xidmətlərin həcmi 3,2% azalıb və 8,8 mln. manat təşkil edib. Ölkədə 1,8 mlrd. kVt/saat elektrik enerjisi istehsal olunub ki, onun 13%-i su elektrik stansiyalarının, 87%-i isə istilik elektrik stansiyalarının payına düşüb.

Ötən il dövlət büdcəsindən maliyyələşdirilən idarə, müəssisə və təşkilatlar tərəfindən 1 467,8 mln. kVt/saat elektrik enerjisi, 168,1 min Qkal istilik enerjisi, 97,4 mln. kubmetr təbii qaz, 32,3 mln. kubmetr su, 7,4 mln. manatlıq rabitə xidmətləri istehlak edilib ki, 2008-ci illə müqayisədə elektrik enerjisinin istehlakı 3,8%, istilik enerjisinin istehlakı 8,7%, təbii qazın istehlakı 0,3%, suyun istehlakı 3,9%, rabitə xidmətilərinin istehlakı isə 5,7% artması müşahidə olunub. İstifadə edilmiş elektrik və istilik enerjisinin, təbii qazın, suyun və rabitə xidmətlərinin ümumi dəyəri 3,9% artaraq 127,9 mln. manata çatıb. İstehlakın ümumi dəyərində elektrik enerjisinin payı 68,9%, su 15,1%, təbii qaz 7,6%, rabitə xidmətləri 5,8%, istilik enerjisi isə 2,6% olub.
Bundan başqa, 2009-cu ildə ölkənin müəssisə və təşkilatlarında 1 747,7 min ton, yaxud 2008-ci illə müqayisədə 5,3% çox istehsal və xidmət tullantıları əmələ gəlib. Tullantıların ümumi həcmində məişət tullantılarının payı 91,7%, sənaye və digər sahələrdə yaranmış tullantılar isə 8,3% təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR