Bank Of Baku

Azərbaycan avtomaşın istehsalını artırıb

Azərbaycan avtomaşın istehsalını artırıb
# 22 fevral 2010 06:45 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar ayı ərzində Azərbaycanda maşın və avadanlıqların istehsalı, nəqliyyat vasitələri, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahəsində məhsul istehsalının həcmi 6,4 mln. manat olub.

Dövlət Satistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ayında 508 ədəd ştanqlı quyu nasosu, 28 minik avtomobili istehsal edilib. Bununla yanaşı, yanvar ayında 2009-cu ilin eyni ayı ilə müqayisədə ölkədə traktor istehsalı 39,3% artıb və ay ərzində 39 traktor istehsal edilərək istehlakçılara satılıb.

Bundan başqa, 2010-cu il fevralın 1-i vəziyyətinə müəssisələrin anbarlarında 27,3 mln. manatlıq və ya ölkə sənayesi üzrə olan hazır məhsul ehtiyatının 9%-i qədər hazır məhsul ehtiyatı olub ki, ötən ilin analoji dövrü ilə müqayisədə hazır məhsul ehtiyatının dəyəri 23,5% azalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR