Bank Of Baku

Azərbaycan yanvarda xam neft ixracını 16% artırıb

Azərbaycan yanvarda xam neft ixracını 16% artırıb
# 22 fevral 2010 08:44 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan cari ilin yanvar ayında 1 264 114,7 min ABŞ dolları dəyərində 2 265 399,7 ton xam neft ixrac edib. Bu barədə «APA-Economics»ə Dövlət Gömrük Komitəsindən məlumat verilib.

İxrac olunmuş neftin həcmi 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə 15,5% artıb.

Xam neftin 129 870,0 tonu Bakı-Novorossiysk, 372 361,3 tonu Bakı-Supsa, 2 847 923,1 tonu Bakı-Tiflis-Ceyhan (BTC) əsas ixrac boru kəməri ilə nəql edilib, 76 523,4 tonu isə dəmir yolu vasitəsi ilə yola salınıb.

Hesabat dövründə həmçinin, 85 507,82 min dollar dəyərində 142 929,2 ton neft emalı məhsulu ixrac edilib. Neft məhsullarının ixrac həcmi 37,7% azalıb.

Xam neft tam olaraq Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi tərəfindən ixrac edilib. İxrac olunmuş neft məhsullarının 90,48%-i ARDNŞ-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin, 8,2%-i «Azərbaycan Hava Yolları» QSC-nin «Azal Oil» YSM idarəsinin, 1,31%-i isə «Azneftyağ» İstehsalat Birliyinin payına düşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR