Bank Of Baku

Azərbaycanda sənaye məhsullarıın istehsalçı qiymətləri son bir ildə 76% artıb

Azərbaycanda sənaye məhsullarıın istehsalçı qiymətləri son bir ildə 76% artıb
# 22 fevral 2010 10:09 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar ayında Azərbaycanda sənaye məhsullarıın istehsalçı qiymət indeksi əvvəlki aya nisbətən 8,8%, 2009-cu ilin müvafiq dövrünə nisbətən isə 75,7% artıb.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, 2010-cu ilin yanvar ayında mədənçıxarma sənayesi üzrə sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki aya nisbətən 112,1% təşkil edib. Bu bölmədə istehsalçı qiymətləri neft və qaz hasilatı üzrə 12,1% artıb, mədənçıxarma sənayesinin digər sahələri üzrə isə 0,9% azalıb.
Yanvar ayında emal sənayesi üzrə istehsalçı qiymətləri indeksi 100,0% təşkil edib. Bu bölmədə istehsalçı qiymətləri toxuculuq və tikiş sənayesi üzrə 10,7%, emal sənayesinin digər sahələri üzrə 2,1%, kimya sənayesi və rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 0,5%, digər qeyri-metal mineral maddələrin istehsalı üzrə 0,4%, sellüloz-kağız istehsalı və nəşriyyat işi üzrə 0,2% bahalaşıb, içki və tütün də daxil olmaqla qida məhsullarının istehsalı üzrə 2,6%, dəri, dəridən məmulatlar və ayaqqabı istehsalı üzrə 1,4%, oduncaqların emalı və ağacdan məmulatların istehsalı üzrə isə 0,1% ucuzlaşıb.

Ay ərzində elektrik enerjisi, qaz və suyun istehsalı və bölüşdürülməsi bölməsində istehsalçı qiymətləri sabit qalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR