Bank Of Baku

Azərbaycanın ən iri su elektrik stansiyası yanvarda 141 mln. kVt/saat enerji istehsal edib

Azərbaycanın ən iri su elektrik stansiyası yanvarda 141 mln. kVt/saat enerji istehsal edib
# 23 fevral 2010 12:13 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin yanvar ayında Azərbaycanın ən iri su elektrik stansiyası (SES) olan «Mingəçevir SES Silsiləsi»ndə 140,6 mln. kVt/saat elektrik enerjisi istehsal olunub. Bu barədə «APA-Economics»ə «Azərenerji» ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Yanvar ayında stansiyada elektrik enerjisinin istehsalı proqnozdan 1,8% çox olub.

Ötən il isə «Mingəçevir SES Silsiləsi» üzrə 882,9 mln. kVt/saat elektrik enerjisi istehsal olunub.

«Azərenerji»dən bildirilib ki, uzun müddət istifadə edildiyindən avadanlıqlar fiziki və mənəvi cəhətdən köhnəlib. Bu məqsədlə aqreqatlarda proflaktik təmir işləri aparılır və stansiya lazımi ehtiyat hissələrlə təmin olunur.

Qeyd edək ki, «Mingəçevir SES Silsiləsi»nə Mingəçevir SES və Varvara SES daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR