Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti «Neft Daşları»nda yeni platformalar quraşdırır

Azərbaycan Dövlət Neft Şirkəti «Neft Daşları»nda yeni platformalar quraşdırır
# 23 fevral 2010 12:16 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) «Neft Daşları» yatağında yeni platformalar quraşdırır. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.

Bu məqsədlə «Neft Daşları» yatağında quraşdırılacaq 2521№-li platformanın üst hissələri üçün nəzərdə tutulmuş 8 metal lövhə Xəzər Dəniz Neft Donanmasının «Əliağa Şıxlinski» kran gəmisi ilə yatağa yola salınıb. Həmin platformanın dənizin 24 metr dərinliyində quraşdırılması planlaşdırılır. Platforma 12 quyunun qazılması üçün nəzərdə tutulub və cari ilin ikinci yarısında istismara daxil ediləcək. Artıq tikinti işlərinin baş podratçısı olan «Neftqaztikinti» Tresti burada 36 qazmaçının yaşaması və işləməsi üçün 2 mərtəbəli evin inşasını başa çatdırıb. Bundan başqa, Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda platformanın vertolyot və gəmi yanalma meydançaları, buruqaltı özülü tikilib. Hazırda qazma işlərinin aparılması üçün avadanlıqların komplektləşdirmə işləri həyata keçirilir.

Qeyd edək ki, son üç ildə «Neft Daşları» yatağında 72 quyuluq 4 hasilat platforması tikilərək istifadəyə verilib. Bunlardan ən böyüyü 36 quyuluq 5 bloklu 1887№-li platformadır ki, burada da 22 quyu qazılaraq sutkalıq 400 ton neft hasilatı ilə istismar olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR