Bank Of Baku

Bolqarıstan prezidenti: “Azərbaycandan sıxılmış qazın Qara dəniz vasitəsilə nəqli Bolqarıstan üçün çox vacibdir”

Bolqarıstan prezidenti: “Azərbaycandan sıxılmış qazın Qara dəniz vasitəsilə nəqli Bolqarıstan üçün çox vacibdir”
# 23 fevral 2010 12:27 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. “Azərbaycandan sıxılmış qazın Qara dəniz vasitəsilə nəqli Bolqarıstan üçün çox vacibdir. Ümid edirəm ki, bu layihə Avropanın anlayış və dəstəyi ilə qarşılanacaq”. APA-nın məlumatına görə, bu bəyanatla Brüsseldə səfərdə olan Bolqarıstan prezidenti Georgi Pırvanov çıxış edib.

Səfər zamanı Bolqarıstan prezidenti Avropa Komissiyasında bir sıra görüşlər keçirib, o cümlədən energetika üzrə avrokomissar Günter Otingerlə görüşüb. O, səfərin yekunu olaraq bəyan edib ki, görüşlər zamanı qaldırılan əsas məsələlər energetika, bərpa olunan enerji mənbələri, Avropa İttifaqına qaz nəqlinin mənbələri və “Nabucco” kimi layihələr olub.

G.Pırvanov Avropanın qaz təchizatçısı kimi Azərbaycanın əhəmiyyətini vurğulayıb: “Azərbaycandan Avropaya Qara dəniz vasitəsilə sıxılmış qaz nəqli layihəsinin reallaşdırılması 4 mlrd. kubmetr qaz deməkdir. Bu, enerji mənbələrinin diversifikasiyasında kiçik, amma real addımdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR