Bank Of Baku

Bu il Bakı-Ceyhan boru kəmərinə 70 mln. dollaradək əsaslı xərc çəkiləcək

Bu il Bakı-Ceyhan boru kəmərinə 70 mln. dollaradək əsaslı xərc çəkiləcək
# 24 fevral 2010 06:38 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən ərzində «BP-Azerbaijan» şirkəti Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri üzrə 92 mln. ABŞ dolları məbləğində əsaslı xərclər sərf edib. Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, 2010-cu il üçün BTC üzrə əsaslı xərclərin həcmi 69 mln. dollar səviyyəsində nəzərdə tutulub.

Təkcə 2009-cu ildə BTC vasitəsilə 285 mln. barel və ya təqribən 38 mln. ton neft ixrac olunub. Hazırda BTC kəməri Azərbaycandan AÇG nefti və «Şahdəniz» kondensatı daşıyır. BTC-nin həmçinin Qazaxıstandakı «Tengiz» yatağından gələn neft həcmlərini daşımaq haqqında sazişləri var», - deyə «BP-Azerbaijan»dan bildirilib.

Şirkətdən həmçinin bildirilib ki, 2006-cı ildə BTC ixrac əməliyyatlarına başlanmasından bəri boru kəmərinin ötürmə gücü daim artmaqla 2008-ci ilin ortalarında gündə 1 mln. barelə çatıb və 2009-cu ilin mart ayında «BP-Azerbaijan» BTC-nin gündəlik ötürmə gücünü sürtgüyə qarşı reagentlərdən (SQR) istifadə etməklə 1,2 mln. barelədək artırmaq layihəsini başa çatdırıb: «Ötən il BTC-də həyata keçirilmiş ən mühüm işlərdən biri dekabr ayında Səngəçal terminalından kəmərə vurulan və Azərbaycan, Gürcüstan və Türkiyə ərazisindən keçməklə Ceyhana daşınan neftlə yüklənmiş 1 000-ci tankerin dünya bazarlarına yola salınması olub».

Ümumiyyətlə, 2006-cı ilin iyun ayının 4-də ilk tankerin Ceyhanda yüklənməsindən 2010-cu il fevralın 20-dək BTC vasitəsilə nəql edilmiş 837 mln. bareldən artıq (təxminən 112 mln. ton) xam neft Ceyhanda 1 065 tankerə yüklənilib və dünya bazarlarına göndərilib.

Qeyd edək ki, BTC-nin səhmdarları sırasına «BP-Azerbaijan» (30,1%), AzBTC (25%), «Chevron» (8,9%), «Statoil» (8,71%), TPAO (6,53%), ENI (5%), «Total» (5%), «Itochu» (3,4%), «Inpex» (2,5%), «ConocoPhillips» (2,5%) və «Hess» (2,36%) şirkətləri daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR