Bank Of Baku

«Bakıelektrikşəbəkə» beş lot üzrə tender keçirir

«Bakıelektrikşəbəkə» beş lot üzrə tender keçirir
# 24 fevral 2010 07:42 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. «Bakıelektrikşəbəkə» ASC bu il ərzində xüsusi mühafizə vasitələri, avtomobil ehtiyyat hissələri, müxtəlif növ ÖİN armaturları, kompüter avadanlıqları və 6/10 kV-luq və 36 kV-luq elektrik yuvalarının satın alınması üzrə açıq tender elan edib.

Tender Komissiyasından «APA-Economics»ə bildirilib ki, tender 5 lot üzrə keçirilir. Lot-1 xüsusi mühafizə vasitələrinin alınması (iştirak haqqı 200 manat), lot-2 avtomobil ehtiyyat hissələrinin alınması (300 manat), lot-3 müxtəlif növ ÖİN armaturlarının alınması (500 manat), lot-4 kompüter avadanlıqlarının alınması (200 manat), lot-5 isə 6/10 kV-luq və 36 kV-luq elektrik yuvalarının alınmasını (400 manat) nəzərdə tutur.

İddiaçılar tenderdə iştirak etmək üçün sənədlərini martın 15-dək, tender təkliflərini isə martın 30-dək «Bakıelektrikşəbəkə»nin ümumi şöbəsinə təqdim etməlidir. Tender proseduru martıbn 31-də keçiriləcək. Əlavə məlumat üçün (+994 12) 440 39 93 telefon nömrəsinə müraciət etmək olar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR