Bank Of Baku

Sumqayıtdakı bərk məişət tullantıları poliqonunda elektrik enerjisi istehsal edilə bilər

Sumqayıtdakı bərk məişət tullantıları poliqonunda elektrik enerjisi istehsal edilə bilər
# 24 fevral 2010 07:54 (UTC +04:00)
Sumqayıt. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanın Sumqayıt şəhərindəki bərk məişət tullantıları poliqonunda 1,2 MVt elektrik enerjisi istehsal edilə bilər.

Sumqayıt şəhər İcra Hakimiyyətindən «APA-Economics»ə verilən məlumata görə, bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) nümayəndə heyəti ilə görüşdə Sumqayıt şəhər Təmizlik Departamentinin direktoru Qadir Dünyamalıyev bildirib.

Bununla yanaşı, poliqonda 30 min kubmetr metan qazı əldə etmək olar. Yığılmış metan qazı elektrik enerjisinin istehsalı üçün istifadə edilə bilər.

Görüşdə Q.Dünyamalıyev şəhərdə mövcud olan bərk məişət tullantıları poliqonu haqqında da ətraflı məlumat verib. Onun sözlərinə görə, şəhər ərazisində yığılan tullantılar bərk məişət tullantıları poliqonunda yerləşdirilir. Ərazinin 10 hektara yaxın hissəsi tamamilə hamarlanıb və ərazi torpaqla örtülüb. Həmçinin 5 hektar ərazidə yeni müasir standartlara uyğun poliqon inşa edilib. Poliqonun bütövlükdə ərazisində analizlər aparılaraq emal müəssisələrinin yerləşdirilməsi üçün ərazilər hazırlanıb.

Qeyd edək ki, Bakı ilə yanaşı, Sumqayıt şəhərində də məişət tullantılarının emalı və zərərsizləşdirilməsi üçün zavodun inşası nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR