Bank Of Baku

Azərbaycanın «Şahdəniz» qaz yatağının işlənməsinə əsaslı xərclər bu il 2 dəfə artırılacaq

Azərbaycanın «Şahdəniz» qaz yatağının işlənməsinə əsaslı xərclər bu il 2 dəfə artırılacaq
# 24 fevral 2010 08:21 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu il ərzində «BP-Azerbaijan» şirkəti Xəzərin Azərbaycan sektorunda yerləşən «Şahdəniz» qaz yatağının işlənməsi layihəsi çərçivəsində əməliyyat xərclərini 7,4% azaltmaq, əsaslı xərcləri isə 2 dəfə artırmaq niyyətindədir.

«BP-Azerbaijan» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, 2009-cu il ərzində «Şahdəniz» üzrə əməliyyat xərclərinə 192 mln. ABŞ dollar, əsaslı xərclərə isə 289 mln. dollar vəsait xərclənib: «Bu il üçün biz «Şahdəniz» üzrə 177,8 mln. dollar əməliyyat xərclərinə, 604,8 mln. dollar isə əsaslı xərclərə sərf etmək niyyətindəyik».

«Şahdəniz»də hasilata gəldikdə isə, 2009-cu il ərzində yataqda 6,2 mlrd. kubmetr qaz və 1,7 mln. ton kondensat və ya gündəlik orta hesabla 16,9 mln. kubmetr qaz və 35,8 min barel kondensat hasil olunub: «Bu il üçün «Şahdəniz» üzrə hasilat planı 7,6 mlrd. kubmetr qaz və 2,01 mln. ton kondensatdan ibarətdir». Göründüyü kimi, cari ildə sözügedən yataqda 2009-cu illə müqayisədə qaz hasilatının 22,6%, kondensat hasilatının isə 18,2% artacağı gözlənilir. Növbəti illər ərzində platformadan qazılacaq yeni quyular işə salındıqca hasilat da tədricən artacaq. Mərhələ 1-də hasilatın ən yüksək sabit səviyyəsinin ildə 8,6 mlrd. kubmetr qaz və gündə təxminən 45 min barel kondensat olacağı gözlənilir.

Qeyd edək ki, 2006-ci ilin sonlarında «Şahdəniz»də hasilat başlanandan 2009-cu ilin sonunadək yataqdan dünya bazarlarına 35,08 mln. barel (təqribən 4,45 mln. ton) kondensat ixrac edilib.

Xatırladaq ki, yatağın ehtiyatları 1,2 trln. kubmetr həcmində qiymətləndirilir və hazırda «Şahdəniz» yatağında hasilat 4 quyudan aparılır, gündəlik hasilat isə 22 mln. kubmetr təşkil edir. «Şahdəniz» yatağının işlənməsi layihəsinin ikinci fazası çərçivəsində illik hasilatın 30 mlrd. kubmetrə çatacağı proqnozlaşdırılır. Layihənin iştirakçıları isə BP (əsas operator - 25,5%), «Statoil» (kommersiya operatoru - 25,5%), ARDNŞ (10%), «LUKoil» (10%), NICO (10%), «Total» (10%) və TPAO (9%) şirkətləridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR