Bank Of Baku

Azərbaycanın «Şahdəniz» qaz yatağında bu il yeni quyu qazılacaq

Azərbaycanın «Şahdəniz» qaz yatağında bu il yeni quyu qazılacaq
# 24 fevral 2010 09:49 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu il ərzində «BP-Azerbaijan» şikrəti Xəzərin Azərbaycan sektorunda yerləşən «Şahdəniz» qaz yatağının işlənməsi layihəsinin ikinci mərhələsi və bununla bağlı Cənubi Qafqaz Boru Kəmərinin genişlındirilməsi layihələri üzrə işlərini irəli aparmaq məqsədilə mühəndis-layihə və qiymətləndirmə işlərini davam etdirəcək.
Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, 2009-cu ilin əvvəlində «BP-Azerbaijan» platformadan qazılan birinci SDA-05 quyusunda qazma işlərini davam etdirib ki, quyu mart ayında uğurla istismara verilib: «Biz bu il platformadan yeni bir quyu - SDA-06-nın qazılmasını və həmçinin mövcud quyularda bəzi işləri başa çatdırmağı planlaşdırırıq».
Xatırladaq ki, yatağın ehtiyatları 1,2 trln. kubmetr həcmində qiymətləndirilir və hazırda «Şahdəniz» yatağında hasilat 4 quyudan aparılır, gündəlik hasilat isə 22 mln. kubmetr təşkil edir. «Şahdəniz» yatağının işlənməsi layihəsinin ikinci fazası çərçivəsində illik hasilatın 30 mlrd. kubmetrə çatacağı proqnozlaşdırılır. Layihənin iştirakçıları isə BP (əsas operator - 25,5%), «Statoil» (kommersiya operatoru - 25,5%), ARDNŞ (10%), «LUKoil» (10%), NICO (10%), «Total» (10%) və TPAO (9%) şirkətləridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR