Bank Of Baku

Azərbaycan neft şlamından yolların salınmasında istifadə edəcək

Azərbaycan neft şlamından yolların salınmasında istifadə edəcək
# 24 fevral 2010 12:28 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanda neft şlamı, turş qudron və qumbrinin yol örtüklərinin salınması, asfalt-beton qarışıqların hazırlanmasında istifadəsi imkanları üzərində işlər aparılır. Bu barədə «APA-Economics»ə ARDNŞ-in Ekologiya İdarəsindən məlumat verilib.

İdarədə hesab edirlər ki, neft şlamı, turş qudron və qumbrinin yol örtüklərinin salınması və asfalt-beton qarışıqların hazırlanmasında istifadə edilməsi mövcud texnologiyalarda xammal resurslarına qənaət etməklə yanaşı, neftlə çirklənmiş torpaqların təmizlənməsi istiqamətində də nəticələr əldə olunmasına imkan verəcək.

Tullantıların istifadəsi və emalı üzrə alternativ üsulların işlənib hazırlanması üçün hazırda «Neftqazelmitədqiqatlayihə» institutu və Azərbaycan Dövlət Neft Akademiyası bununla bağlı layihə həyata keçirir.

Qeyd edək ki, Azərbaycanda, xüsusilə Abşeron yarımadasında neftlə çirklənmiş ərazilər təxminən 10 min ha təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR