Bank Of Baku

Bakı-Tiflis-Ərzurum qaz boru kəmərinə əsaslı xərclər bu il 80% artırılacaq

Bakı-Tiflis-Ərzurum qaz boru kəmərinə əsaslı xərclər bu il 80% artırılacaq
# 24 fevral 2010 12:49 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu il ərzində «BP-Azerbaijan» şirkəti Cənubi Qafqaz qaz boru kəməri (Bakı-Tiflis-Ərzurum) ilə bağlı fəaliyyətə əsaslı xərclərini 81,4% artırmaq niyyətindədir.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, 2009-cu il ərzində Bakı-Tiflis-Ərzurum ilə bağlı fəaliyyətə 7 mln. ABŞ dolları məbləğində əsaslı xərclər sərf edilib: «Bu il ərzində isə biz sözügedən qaz boru kəməri üzrə əsaslı xərclərə 12,7 mln. dollar ayırmaq niyyətindəyik».

Şirkətdən həmçinin bildirilib ki, 2009-cu il üçün Bakı-Tiflis-Ərzurum xəttinin orta ötürücülük gücü gündə təxminən 15 mln. kubmetr qaz və ya gündə 92 min bareldən artıq neft ekvivalenti olub.

Qeyd edək ki, bu boru kəməri 2006-cı ilin sonlarında istismara verilərək əvvəl Azərbaycana və Gürcüstana, 2007-ci ilin iyul ayından başlayaraq isə həm də Türkiyəyə «Şahdəniz» qazını çatdırır.

Xatırladaq ki, Bakı-Tiflis-Ərzurum kəmərinin əsas sərmayədarları BP (texniki operator -25,5%), «Statoil» (kommersiya operatoru - 25,5%), «Azərbaycan CQBK Ltd.» (10%), «LUKoil» (10%), NICO (10%), «Total» (10%) və TPAO (9%) şirkətləridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR