Bank Of Baku

Azərbaycanın «Azəri-Çıraq-Günəşli» yataqlar blokunda qazma işləri bu il də davam etdirəcək

Azərbaycanın «Azəri-Çıraq-Günəşli» yataqlar blokunda qazma işləri bu il də davam etdirəcək
# 24 fevral 2010 13:17 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. «BP-Azerbaijan» şirkəti Xəzərin Azərbaycan sektorunda yerləşən «Azəri-Çıraq-Günəşli» (AÇG) yataqlar blokunda qazma işlərini 2010-cu ildə də davam etdirəcək. Bu barədə «APA-Economics»ə «BP-Azerbaijan» şirkətindən bildirilib.

Şirkətin məlumatına görə, «Çıraq» platformasında 2009-cu ilin aprel ayında «BP-Azerbaijan» A12v hasilat quyusunu, iyul ayında isə daha bir yanaqazma hasilat quyusu - A20z-ni tamamlayıb: «Hazırda A-08x yanaqazma quyusunu başa çatdırmaq üzərində işləyirik, sonra isə daha bir quyulara müdaxilə proqramı həyata keçirəcək və A-22 hasilat quyusunu qazacağıq. Bu il üçün planlarımıza həmçinin A-07y yanaqazma hasilat quyusu, qazma qurğusunda profilaktik işlər və çoxtərəfli quyu olan A-23-ü qazmağa başlamaq da daxildir».

«Mərkəzi Azəri» platformasında bərpa əməliyyatları bütün 2009-cu il ərzində davam edib: «Hazırda da aparılmaqda olan bu işlər bitdikdən sonra B-24 və B-25 suvurma quyuları ilə qazma işləri davam etdiriləcək».

«Qərbi Azəri» platformasında isə, 2009-cu ilin may ayında bir suvurma quyusu (C-20z), III və IV rüblər ərzində isə bir hasilat quyusu (C-21) və daha bir suvurma quyusu (C-22) tamamlanıb. Noyabr ayında hasilat quyusu olan C-19-un qazılmasına başlanıb və həmin quyu 2010-cu ilin yanvar ayında tamamlanıb: «Bu ilin qalan hissəsi üçün plan bir hasilat və bir suvurma quyusu qazmaqdan ibarətdir».

Bundan başqa, 2009-cu ildə «Şərqi Azəri» platformasında aparılan qazma əməliyyatları bir suvurma quyusunu (D-15) tamamlamağa, D-09 quyusunda bərpa işlərini uğurla başa vurmağa və noyabr ayında D-14 hasilat quyusunu başa çatdırmağa imkan yaradıb. Bu işlərdən sonra isə «BP-Azerbaijan» şirkəti daha bir suvurma quyusu – D-17-ni qazmağa başlayıb ki, hazırda bu quyuda qazma əməliyyatları davam etdirilir: «Cari il üçün planlarımız daha iki hasilat quyusu qazmaq və tamamlamaqdır ki, bunlar D-18 və D-16 quyuları olacaq».

Bununla yanaşı, «Dərinsulu Günəşli» platformasında keçən il 10 öncə qazma quyusunun hamısının istismara verilməsi ilə öncə qazma quyuları proqramının başa çatmasından və birinci qazma kampaniyasının uğurla yerinə yetirilməsindən sonra avqust ayında platformadan birinci quyu (E-11z) qazıb tamamlanıb. Bundan sonra isə yatağın cənub cinahında platformadan ikinci quyu – E-12 hasilat quyusu qazılıb: «Hazırda isə biz başa çatdırılması 2010-cu ilin I rübünə planlaşdırılan E-13 hasilat quyusunu qazırıq. Bu ilin sonunadək daha iki hasilat quyusunun qazılması nəzərdə tutulur, həmçinin I və II rüblər ərzində 5 konduktor yarığının keçirilməsi də planlaşdırılır».

Xatırladaq ki, 2009-cu il ərzində «Çıraqda» 19 quyu istismarda idi (13 hasilat və 6 suvurma quyusu) və bütün il ərzində oradan orta hesabla gündə təxminən 106,1 min barel neft hasil edilib. «Mərkəzi Azəri»də 16 quyu (12 hasilat və 4 qaz injektor quyusu, gündəlik hasilat - 190,8 min barel), «Qərbi Azəri»də 19 quyu (14 hasilat və 5 suvurma, hasilat - 268,4 min barel), «Şərqi Azəri»də 13 quyu (9 hasilat və 4 suvurma, hasilat - 135,8 min barel), «Dərinsulu Günəşli»də isə 20 quyu (11 hasilat və 9 suvurma, hasilat - 116,6 min barel) istismarda olub.
Qeyd edək ki, AÇG layihəsinin Hasilatın Pay Bölgüsü Sazişinin tərəfdaşları «BP-Azerbaijan» (operator – 34,1%), «Chevron» (10,2%), Azərbaycan Dövlət Neft Şirkəti (10%), «Inpex» (10%), «Statoil» (8,6%), «ExxonMobil» (8%), TPAO (6,8%), «Devon» (5,6%), «Itochu» (3,9%) və «Hess» (2,7%) şirkətləridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR