Bank Of Baku

«Azəri-Çıraq-Günəşli» blokundan bu il Azərbaycan Dövlət Neft Şirkətinə təxminən 2 mlrd. kubmetr səmt qazı veriləcək

«Azəri-Çıraq-Günəşli» blokundan bu il Azərbaycan Dövlət Neft Şirkətinə təxminən 2 mlrd. kubmetr səmt qazı veriləcək
# 24 fevral 2010 14:06 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu il ərzində «BP-Azerbaijan» şirkəti Xəzərin Azərbaycan sektorunda yerləşən «Azəri-Çıraq-Günəşli» (AÇG) yataqlar blokundan alınan 1,9 mlrd. kubmetr səmt qazını Azərbaycan Dövlət Neft Şirkətinə (ARDNŞ) təhvil verilməsini planlaşdırır.

«BP-Azerbaijan»dan «APA-Economics»ə verilən məlumata görə, 2009-cu il ərzində «BP-Azerbaijan» ARDNŞ-a AÇG-dan alınan gündə təxminən 10,7 mln. kubmetr səmt qazı verib: «Ötən il üçün ARDNŞ-a təhvil veriləsi səmt qazı planımızın ən azı 1,45 mlrd. kubmetr olmasına rəğmən bütün il ərzində təqribən 4 mlrd. kubmetr qaz çatdırmaqla bu rəqəmi üstələmişik. Bu il ərində isə biz ARDNŞ-a 1,9 mlrd. kubmetr səmt qazı çatdırmağı planlaşdırırıq».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR