Bank Of Baku

İrandan Ermənistana 350 km uzunluqda neft kəməri çəkiləcək

İrandan Ermənistana 350 km uzunluqda neft kəməri çəkiləcək
# 24 fevral 2010 20:26 (UTC +04:00)
Bakı-APA. İrandan Ermənistana neft məhsullarının nəqli məqsədi ilə iki ölkə arasında 350 km uzunluqda neft kəmərinin tikintisi barədə razılıq əldə olunub.

APA-nın REGNUM agentliyinə istinadən verdiyi xəbərə görə, İranın neft nazirinin müavni Seyid Nurəddin Şahnazizadə ölkəsinin Ermənistana hər il neftayırma zavodlarından 70 min barel neft məhsulu nəql olunacağını bildirib.

Bir müddət əvvəl Ermənistanın Mehri şəhərində illik istehsal gücü 7 milyon ton olan neftayırma zavodunu tikintisinə dair İran, Ermənistan və Rusiya arasında üçtərəfli layihəsinin icrası barədə əldə olunub. Lakin Rusiya tərəfi layihənin iqtisadi cəhətdən səmərəsiz olduğunu bəyan edib. Rusiyalı ekspertləri fikirlərini bu həcmdə neft məhsullarının satışı üçün bazarın olmaması ilə əlaqələndiriblər.
Ekspert qiymətləndirmələrinə görə, Ermənistanın özünün neft məhsullarına illik tələbatı 250 min ton təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR