Bank Of Baku

ARDNŞ prezidenti Qazaxıstanın BTC ilə neft nəqlini dayandırması məsələsinə münasibət bildirib

ARDNŞ prezidenti Qazaxıstanın BTC ilə neft nəqlini dayandırması məsələsinə münasibət bildirib
# 25 fevral 2010 09:45 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Hazırda Bakı-Tiflis-Ceyhan (BTC) əsas ixrac boru kəməri ilə Azərbaycanın «Azəri-Çıraq-Günəşli» yataqlar blokundan hasil edilən neftlə yanaşı müəyyən həcmdə Qazaxıstan nefti də nəql olunur. «APA-Economics»in məlumatına görə, bunu ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib.

R.Abdullayevin sözlərinə görə, BTC ilə neftin nəqli üzrə iki tarif tətbiq olunur. Bunlardan biri BTC iştirakçıları, digəri isə layihədə iştirak etməyib, ancaq kəmərlə neft ixrac edən digər şirkətlər üçün müəyyənləşdirilmiş tariflərdir. Hazırda BTC-də iştirak edən şirkətlər eyni zamanda Qazaxıstanda neft hasilatı ilə məşğuldur.

«BTC-də iştirak etməyən şirkətlər üçün müəyyənləşdirilən tarif daim korrektə olunur. Tariflərlə bağlı razılaşmanın əldə olunmaması barədə məlumatlar doğru deyil», - deyən ARDNŞ prezidenti Qazaxıstanın tariflər münasib olmadığından, BTC ilə neft nəqlini dayandırması məsələsinə münasibət bildirib.

R.Abdullayev hazırda Türkiyə ilə təbii qazın alqı-satqısına dair danışıqların aparıldığını və müzakirələrin yaxın vaxtlarda başa çatdırılacağını vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR