Bank Of Baku

Yaxın bir ayda Ukrayna bazarında Azərbaycan neft məhsullarının satışına başlanacaq

Yaxın bir ayda Ukrayna bazarında Azərbaycan neft məhsullarının satışına başlanacaq
# 25 fevral 2010 09:59 (UTC +04:00)
R.Abdullayevin sözlərinə görə, ARDNŞ Ukraynada 20-yə yaxın yanacaqdoldurma stansiyası alıb və hazırda bu məntəqələrin istifadəyə hazırlanması işləri və rebrendinqi aparılır. Şirkətin həmçinin Odessa şəhərində neft məhsulları terminalı aldığını qeyd edən R.Abdullayev terminalda da hazırlıq işlərinin aparıldığını vurğulayıb.

Yanacaqdoldurma məntəqələri SOCAR brendi ilə fəaliyyət göstərəcək.

Şirkət rəhbəri yaxın vaxtlarda Bakıda SOCAR brendli 3 yanacaqdoldurma məntəqəsinin də istifadəyə veriləcəyini söyləyib. Hazırda 10 yanacaqdoldurma məntəqəsinin inşa olunduğunu deyən R.Abdullayev qalan 7 məntəqənin isə cari ilin II rübündə istifadəyə verilməsinin planlaşdırıldığını qeyd edib. ARDNŞ ümumilikdə Bakıda 26 yanacaqdoldurma məntəqəsi açmağı planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR