Bank Of Baku

Azərbaycan Euro-3 standartının tətbiqinə hazırlaşır

Azərbaycan Euro-3 standartının tətbiqinə hazırlaşır
# 25 fevral 2010 10:22 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanda yanacaqla bağlı Euro-2 standartının tətbiqi daxili bazarda avtomobil benzinin satış qiymətinə təsir göstərməyəcək. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bildirib.

Hazırda ARDNŞ-in neft emalı zavodlarının Euro-2 standartlarına uyğun benzin istehsal etdiyini deyən R.Abdullayev bu standartlara uyğun məhsul istehsalına hələ 2009-cu ildə başlanıldığını vurğulayıb.

«Hazırda Euro-3 standartlarına keçid üçün hazırlıq görülür. Bunun üçün yeni qurğular alınmalı, eləcə də mövcud qurğularda yenidənqurma işləri aparılmalıdır», - deyə R.Abdullayev vurğulayıb.

Qeyd edək ki, Azərbaycan Standarlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi 2010-cu ilin iyul ayından Euro-2 standartının avtomobil idxalı zamanı da tətbiq olunacağını açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR